SƏTƏM üzrə menecer

December 26, 2024

Job Description

  • Keyfiyyət və SƏTƏM departamenti
  • STP GLOBAL CABLE
  • Elanın yerləşdirmə tarixi: 2024-12-25

Namizədə Olan Tələblər

  • – Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
  • – Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • – İxtisas üzrə diplom və ya sertifikatlara (İSO 14001:2015, İSO 45001:2018) sahib olmalı;
  • – SƏTƏM qaydalarının tətbiqi baxımından qətiyyətlilik, məsuliyyət, ünsiyyətçilik və insanlarla rahat münasibət qurma bacarığı olmalı;
  • – İşgüzar və məsuliyyətli olmalı;
  • – İşində dəqiq və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

Ümumi Vəzifə Öhdəlikləri

  • – İşçi heyətin SƏTƏM bölməsinə aid olan qaydaların, təlimatların , göstərişlərin , proses və prosedurların tələblərinə əməl etmələrinə mütəmadi nəzarət etmək.
  • – “STP GLOBAL CABLE” MMC-də sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün rəhbərliyə təkliflər vermək.
  • – “STP GLOBAL CABLE” MMC üzrə travmatizm və peşə xəstəliklərinin vəziyyətinin, səbəblərini araşdırıb , onların qarşısının alınması üçün tədbirlər hazırlayıb və onun tətdiqini təşkil etmək.
  • – İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən işçilərin həvəsləndirilməsi, eləcə də ayrı-ayrı struktur bölmələrdə əməyin mühafizəsi üzrə qaydaların, təlimatların, göstərişlərin , proses və prosedurların tələblərini pozan , “STP GLOBAL CABLE” MMC -nin əmr və göstərişlərini yerinə yetirməyən rəhbər və digər işçilərin cazalandırılması haqqında rəhbərliyə təkliflər vermək.
  • “STP GLOBAL CABLE” MMC-də baş vermiş bədbəxt hadisələrin təhqiqat aktında göstərilən tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək.
  • – İşə yeni qəbul edilmiş işçilərə giriş təlimatı keçirilməsi prosesinə nəzarət etmək.
  • – “STP GLOBAL CABLE” MMC-də işçilərin ixtisas üzrə biliklərini yoxlayan komissiyanın işində iştirak etmək.
  • – İşçilərin vaxtı-vaxtında tibbi müayinədən keçmələrinə ümumi nəzarət etmək.
  • – “STP GLOBAL CABLE” MMC-də baş vermiş bütün bədbəxt hadisələrin təhqiqatında iştirak edib, hesabatını aparmaq.
  • – Qoyulmuş normalara uyğun olaraq işçilərin keyfiyyətli xüsusi geyimlər , fərdi mühafizə vasitələri ilə təmin olunmalarını nəzarətdə saxlamaq.
  • – İş yerində işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmasına , onların təlimatlandırılmasına və biliklərin yoxlanmalarına nəzarət etmək.
  • – Əmək mühafizəsi üzrə məlumat kitabların, kotaloqlarının, dərsliklərin, nümunəvi təlimatların və digər məlumat-təbliğat və tədris materiallarının nəşrini və bölmələrə paylanmasını təşkil etmək.
  • – İşçilərin həyatını və sağlamlığını təhlükə qarşısında qoyan və ya qəza təhlükəsi törədən avadanlıqların istismarını qadağan etmək.
  • – Ətraf mühitinin mühafizəsi sahəsində mövcud olan qanunlara , qaydalara riayət edilməsinə , ekoloji sənədləşmələrini müəyyən edilmiş qaydada yerinə yetirilməsinə daim nəzarət edir.
  • – Ətraf mühitinin mühafizəsi sahəsində tədbirlər planı hazırlayır və bu tədbirlərin yerinə yetirilməsinə nəzarət edir
  • – Zavod və sexlərdə dövrü olaraq müəssisə daxili ekoloji monitorinq keçirir və bu çatışmamazlıqların aradan qaldırılması üçün təkliflər verir.
  • – Atmosferə zərərli maddələrin atılmasına, yerüstü su mənbələrinə axıntı suların axıdılmasına və texnoloji proseslərdə, axıntı suların təmizlənməsi zamanı əmələ qələn bərk tullantıların , eyni zamanda qaz-toz-tutucu qurğuların dövri olaraq deyişdirilən filtirlərin poliqonlarda yerləşdirilməsini normativ lahiyə sənədlərini və müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilməsinə nəzarət edir.
  • – Təmizləyici qurğuların birinci qeydiyyat dəftərində gündəlik qeydiyyatların aparılmasına nəzarət edir.
  • – Təmizləyici qurğuların analitik yolla dövri olaraq təmizləmə effektivliyini yoxlanılması təşkil edir.
  • – Birinci qeydiyyat dəftərinə , normativ lahiyə sənədlərinə və qanunvericiliyə əsasən TG-2 (hava), TG-2 (su) , TG-2( tullantı) statistik hesabatların müəyyən edilmiş qaydada hazırlayaraq müvafiq dövlət idarələrinə təqdim edir.
  • – “STP GLOBAL CABLE” MMC-ni konfrasnlarda , seminarlarda təmsil edir.

Namizədə Olan Əlavə Tələblər

Yoxdur